Demokratlar Senatda mövqelərini daha iki mandatla möhkəmləndirə bilər Dünya

Demokratlar Senatda mövqelərini daha iki mandatla möhkəmləndirə bilər

Missisipi və Alyaskada ABŞ Senatına seçkilərdə səslərin sayılması davam edir. Demokratlar hələlik hər iki ştatda respublikaçı rəqiblərini qabaqlayırlar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.

Missisipidə Skott Kolom respublikaçı Sindi Hayd-Smiti 1 mindən çox səs fərqi ilə üstələyir. Alyaskada isə demokrat Meri Peltola 637 səs fərqi ilə respublikaçı Den Sallivandan öndədir.

Bununla yanaşı, Alyaskadakı seçkilərdə Sallivanla eyni ada və soyada malik başqa bir namizəd də iştirak edir. ABŞ Prezidenti Donald Tramp daha əvvəl ehtimal etmişdi ki, onun iştirakı respublikaçıların səs itirməsinə gətirib çıxara bilər.

Məlumatda gətirilən göstəricilərə görə, Senatda demokratların 54, respublikaçıların isə 44 yeri var. Səslərin sayılması davam edir.

Məryəm Quliyeva