09:46
427
İranla razılaşdırılmamış marşrutla Hörmüz boğazını keçməyə cəhd edən iki supertankerdə yanğın baş verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.
"Keçən gecə iki ayrı insident nəticəsində Hörmüz boğazının cənub hissəsində razılaşdırılmamış marşrutla keçməyə cəhd edən iri neft tankeri minaya düşərək dayanmağa məcbur olub. Boğazın şərq hissəsindəki digər bir supertankerdə isə güclü yanğın baş verib", - deyə "PressTV" telekanalı SEPAH-ın bəyanatına istinadən xəbər verir.
Qeyd olunur ki, ikinci tankerə yanğını söndürməyə çalışan bir yedək gəmisi yaxınlaşsa da, daha sonra onun özündə də yanğın başlayıb.
Məryəm Quliyeva