Ermənistan bütün imkanlarını itirə bilər
4 Noyabr 23:29
4 Noyabr 23:29
08:53
350
Avropa İttifaqı Gürcüstanla vizasız rejimin ləğvini istisna etməyib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Aİ-nin diplomatiya rəhbəri Kaya Kallas bəyan edib. Onun sözlərinə görə, buna səbəb Tbilisinin demokratik prinsiplərdən uzaqlaşması olub. Yanvar ayında ittifaq ölkələrinin xarici işlər nazirləri Gürcüstana qarşı növbəti tədbirləri müzakirə etmək niyyətindədirlər.
"Gürcüstan hakimiyyətinin atdığı addımlar yanlış istiqamətdə gedir. Biz hökumətə onların siyasətini dəstəkləmədiyimizə dair aydın siqnallar göndərəcəyik", - deyə Kallas bildirib.
Aİ-nin ölkənin ali rəhbərliyinə qarşı sanksiyalar tətbiq etməsi hələlik mümkün olmur, çünki üzv dövlətlərin əksəriyyəti bu məhdudiyyətlərin əleyhinə çıxış edir.
Məryəm Quliyeva