Naxçıvanın sabiq təhsil naziri Abşeron-Xızı Regional Təhsil İdarəsinə müdir təyin olunub Hadisə

Naxçıvanın sabiq təhsil naziri Abşeron-Xızı Regional Təhsil İdarəsinə müdir təyin olunub

Nəcəfov Elxan Abşeron-Xızı Regional Təhsil İdarəsinə müdir təyin olunub.

Elm və Təhsil naziri Emin Əmrullayev bu barədə əmr imzalayıb.

Qeyd edək ki, o, 2022–2023-cü illərdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri, 2023–2024-cü illərdə Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini olub.

2024-2026-cı illərdə isə Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsində çalışıb.