NATO sammitinin proqramı açıqlanıb Hadisə

NATO sammitinin proqramı açıqlanıb

"NATO sammiti iştirakçılarının 2020-ci ildən sonra əfqan qüvvələrinin maliyyələşməsini artırmağa razı olacaqları gözlənilir".
Bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Alyansın sammitinin başlanmasına həsr olunmuş mətbuat konfransında deyib.
Xatırladaq ki, NATO-nun 29-cu sammiti iyulun 11-12-də Belçika paytaxtında keçiriləcək.
Baş katibin sözlərinə görə, iyulun 11-də sammit çərçivəsində üzv ölkələrin liderləri terrorizmlə mübarizədə NATO-nun rolunun artırılması ilə bağlı təkliflər verəcək, NATO-nun yüzlərlə təlimçisinin iştirakı ilə İraqda yeni təlim missiyasının başlanmasına razı olacaqlar.
Sammitin gedişində müttəfiqlər Skopyeni Şimali Makedoniya Respublikası adı altında NATO-ya üzv olmağa dəvət etmək niyyətindədir.
Sammit tərəfdaş ölkələrin iştirakı ilə Əfqanıstan üzrə görüşlə yekunlaşacaq.
Tədbirdə 54 rəsmi nümayəndə heyəti iştirak edəcək.