“Zamana ehtiyac var” Hadisə

“Zamana ehtiyac var”

İsa Həbibbəyli: "Ərəb, fars tərəfdarı olanlar indi televizorda dilimizin saflığından danışırlar"

"Biz Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparırıq".
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu Sizi ""İzahlı dilçilik terminləri lüğəti"nin təqdimatı mərasimində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
O xatırladıb ki, noyabr ayının 1-də "Azərbaycan Prezident İlham Əliyev "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərman imzalayıb: "Bu fərman bizim alimlərin qarşısına çox mühüm vəzifələr qoyub. Bunun məntiqindən doğan məsələlərdən biri də milli terminologiyanın yaradılmasıdır. Yeni orfoqrafiya qaydaları hazırlanarkən bəziləri deyirdilər ki, ərəb sözünü dəyişib azərbaycanca yazsaq, dilimiz əldən gedəcək. Sözlər iki "y" ilə deyildikdə ərəbcə səslənir, bir "y" ilə yazılanda azərbaycanca səslənir. Neçə illərdir ki, dilimizdə apostrof götürülüb. Apostrof Azərbaycan dilinə ərəb dilindən gəlmədir, o, düzgün olaraq, dilimizdən götürülüb. Apostrof götürüldüyü halda, vaxtilə apostrofla yazılan sözlərin yenə də apostroflu söz kimi sətirdən-sətrə keçməsini istəmirdik. Ərəb dili aşiqləri deyirlər ki, apostrof səhv olaraq ləğv edilib, apostrofu geri qaytarmaq lazımdır. İndi görürəm ki, onların hamısı indi televizorda dilimizin saflığından danışırlar. O adamlar ki, ərəb, fars tərəfdarıdırlar, bundan ötrü imza toplayırdılar, indi onlar ayrı söz danışırlar".
İsa Həbibbəyli qeyd edib ki, o, ziyalı cəmiyyətinin bütövlüyünü qorumağı bəzi sözlərin iki "y" ilə yazılmasından vacib hesab etdim.
Akademik əlavə edib ki, apostrofu qaytarmaq qətiyyən olmaz: "Nazirlər Kabineti artıq qərar verib. Sözlərin apostrof və iki "y" ilə işlədilməsi ana dilinin saflığıdırmı? Ərəb dili aşiqləri, alınma sözlərin aşiqləri, yaxud da bundan istifadə edib mühiti bulandırmaq istəyənlər, "dil əldən getdi" deyə müsibət qoparmışdılar. Mən fikirləşdim ki, dilimizdəki bəzi sözlərdə iki "y" qalsa da dilimiz böyük şey itirmir. Amma Azərbaycan ziyalılarını iki yerə parçalamaq, aldadıb meydana, küçələrə salmaq, çaşqınlıq yaradıb sabitliyi pozmaq doğru hal deyil. İki "y" ilə yazılan sözlərin bir "y" ilə yazılması elmi cəhətdən doğrudur. Amma Azərbaycan cəmiyyəti buna hazır deyil, zamana ehtiyac var. Bu səbəbdən biz mövqeyimizdən geri çəkildik. Əgər biz geri çəkilməsəydik, bu adamlar sabitliyi pozmaq üçün çox sərt və radikal addım atmağa hazır idilər. Onların maraqları dil deyildi, öz şəxsi maraqları var idi. Bizim işimiz Azərbaycançılıqdır".