Azərbaycan UNESCO-nun 15 dekabrı “Dünya Türk Dilləri Ailəsi Günü” elan etməsini alqışlayıb
Kolumbiyada polis şöbəsi yaxınlığında maşın partlayıb, iki nəfər ölüb
Azərbaycan nümayəndə heyətinin Rumıniya Senatında görüşü keçirilib
“Kaan” döyüş təyyarəsi Türkiyə ordusunun inventarına daxil ediləcək
Finlandiya Prezidenti Putin-Tramp görüşünü G20-də keçirməyi təklif edib
14 İyul 2019 15:51
2 401
İyulun 14-də saat 12:00 radələrində Şəki Xan Sarayının qarşısında çinar ağacının budağı yerə düşərək insanlara xəsarət yetirib.
Dövlət Turizm Agentliyindən verilən məlumata görə, xəsarət alanlar arasında həm yerli, həm də xarici vətəndaşlar var.
İlkin məlumata görə, hadisə ilə bağlı 19 nəfər Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Onlardan ikisi xəstəxanaya yerləşdirilib, digər 17 nəfərin müəyyən hissəsinə ilkin tibbi yardım göstərilib, bir qisminin müalicəsi hazırda davam edir. Xəstəxanaya yerləşdirilən 2 şəxsə görə paytaxtdan yüksəkixtisaslı mütəxəssislər çağırılıb.
Hadisə yerində hüquq-mühafizə orqanları araşdırma aparır. Hadisə baş verən kimi Dövlət Turizm Agentliyinin rəhbərliyi Şəkiyə yola düşüb.
Cəmiyyətin daha dəqiq məlumatlandırılması məqsədilə hüquq-mühafizə orqanları ilə birgə ətraflı açıqlamanın yayılması nəzərdə tutulur.