“Siqaret satışına ciddi nəzarət olmalıdır”
13 Yanvar 19:20
13 Yanvar 19:20
13 Yanvar 18:56
13 Yanvar 17:06
13 Yanvar 16:27
Britaniya 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edə bilər
Şərurda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
Rəsmi Bakı Venesuelada sülh və sabitliyin bərqərar olacağına ümid edir
Ceyhun Bayramov Venesuela XİN rəhbəri ilə Karakasdakı son hadisələri müzakirə edib
Rusiya XİN İranın daxili siyasətinə xarici müdaxiləni pisləyir
16 Sentyabr 2019 14:41
1 715
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərlik etdiyi Yardımlı arxeoloji ekspedisiyası Tunc-İlk Dəmir dövrü abidələrində arxeoloji qazıntılar aparıblar.
Qazıntı işləri Yardımlı rayonunun Kürəkçi, Alar və Arvana kəndləri ərazisindəki yaylaqlarda mövcud olan kurqanlarda davam etdirilib.Kürəkçi kəndi yaxınlığında Komanı yaylaqlarında aparılan arxeoloji qazıntılar zamanı İlk Tunc dövrünə aid qəbir abidələri üzə çıxarılıb. Komanı kurqanlarından birində aparılmış arxeoloji qazıntılar zamanı insan skeleti və ipəyirmə sənətində istifadə olunan əmək aləti tapılıb. Bundan əlavə, əvvəlki illərlə birlikdə 4 kurqanın qazıntısı başa çatdırılıb.
Rayonun Alar kəndi yaxınlığında Sarıbulaq yaylağında aparılan arxeoloji qazıntılar zamanı isə Son Tunc-İlk Dəmir dövrünə aid maddi mədəniyyət nümunələri əldə edilib. Məlum olub ki, Sarıbulaq abidələri əsasən skeletsiz kurqanlar tipinə aid olmaqla boş xatirat (kenotaf) qəbirləridir.
Arvana kəndi ərazisindəki Qaryatan adlanan yerdə kurqanın qazıntısı zamanı qəbir kamerasında zəngin dəfn adətinə rast gəlinib. Belə ki, diametri 5 m olan, ətrafı kromlexşəkilli düzümlü kurqanın qəbir kamerasında insan skeletinə, saxsı qablara, tuncdan silah nümunələrinə və bəzək əşyalarına rast gəlinib. Maddi mədəniyyət nümunələrinin forma və müqayisəli təhlillərinə əsasən bu kurqanda həm Xocalı-Gədəbəy, həm də Talış-Muğan arxeoloji mədəniyyətlərinin qarşılıqlı təsirləri üzə çıxıb. Hazırda kurqandan aşkar edilən insan skeleti üzərində antropoloji tədqiqatlar aparılır. Kurqanın İlk Dəmir dövrünə - e.ə. I minilliyin əvvəllərinə aid olması ehtimal edilir.
Həmçinin ekspedisiya tədqiqat müddətində rayonun Qaravuldaş, Ökü, Ostayır, Perimbel və Honuba kəndlərində də kəşfiyyat xarakerli tədqiqatlar aparmaqla yeni kurqanlar və daş qutu qəbir nekropolları qeydə alıb.
Gələcəkdə sistemli olaraq, Azərbaycanın cənub-şərq bölgəsində aparılacaq kompleks arxeoloji tədqiqatlar nəticəsində ərazinin yüksək dağlıq və dağətəyi hissəsinin qədim dövr maldar cəmiyyətləri tərəfindən mənimsənilərək məskunlaşması məsələsinə, eyni zamanda ilkin sinifli cəmiyyətlərin formalaşması proseslərinə aydınlıq gətiriləcək.
13 Yanvar 18:45
980
13 Yanvar 18:15
1 148
13 Yanvar 17:46
917