Kiyevdə nəqliyyat infrastrukturu obyektinə ziyan dəydiyi bildirilib
Yol polisi Formula-1 Azərbaycan Qran Prisi ilə əlaqədar sürücülərə müraciət edib
Azərbaycan metal sənayesində ixrac həcmi 2 mlrd. dollara çatdırılacaq
Azərbaycanın dağ-mədən və metallurgiya sənayesində yeni mərhələ: xammaldan hazır məhsula - ŞƏRH
10 Oktyabr 2019 12:37
2 317
Paytaxtın Qaradağ rayonunda yerləşən “Sədərək” Ticarət Mərkəzinin bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu sözləri Axar.az-a açıqlamasında ticarət mərkəzinin mətbuat katibi Kəmallədin Qədim deyib. O bildirib ki, ticarət mərkəzi fəaliyyətini davam etdirir:
“Bura Qafqazın ən böyük ticarət mərkəzlərindən biridir və burda 40 mindən çox adam çalışır. Hazırda heç bir narazılıq yoxdur və hər kəs iş başındadır. Bəzi şəxslər tərəfindən “Sədərəy”in bağlanması barədə yayılan məlumatlar şayiədir”.
Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri “Sədərək” Ticarət Mərkəzinin bağlanması barədə məlumat paylaşırlar.