FHN-in İdman-sağlamlıq mərkəzində ilin yekunlarına həsr olunmuş tədbir keçirilib - FOTO Hadisə

FHN-in İdman-sağlamlıq mərkəzində ilin yekunlarına həsr olunmuş tədbir keçirilib - FOTO

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzində (İSM) ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, tədbirdə nazir müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, idman tədbirlərində fəal iştirak etmiş, mükafat qazanmış nazirliyin struktur bölmələrinin rəhbərliyi və beynəlxalq miqyaslı tədbirlərdə, o cümlədən Dünya, Avropa çempionatları və turnirlərdə yüksək nəticələr göstərmiş idmançı-əməkdaşlar iştirak edib.
Əvvəlcə, tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Sonra tədbiri giriş sözü ilə açan FHN-in İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev 2019-cu ildə nazirliyin əməkdaşlarının idman sahəsində qazandıqları uğurlar barədə məlumat verib.
Sonra FHN-in İdman-sağlamlıq mərkəzinin fəaliyyətini əks etdirən film nümayiş olunub.
Daha sonra nazir müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə çıxış edərək, klubun işini yüksək qiymətləndirib, kollektivə uğurlar, idmançı-əməkdaşlara yeni nailiyyətlər arzulayıb.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək İdman-sağlamlıq mərkəzinin kollektivini il ərzində qazandıqları nailiyyətlərə görə təbrik edib, onlara uğurlar arzulayıblar.
Sonda 2019-cu ilin idman tədbirlərinin yekununa əsasən fəxri yerləri tutmuş qurumlar İSM-nin təsis etdiyi müvafiq dərəcəli diplom və kuboklarla, beynəlxalq miqyaslı yarışlarda nəticələr göstərmiş idmançı-əməkdaşlar isə fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Həmçinin, nazirliyin müvafiq struktur rəhbərliyinə qazanılan yüksək nəticələrə və idmançılara göstərdikləri dəstəyə görə fəxri fərmanlar təqdim edilib. Tədbirdə, həmçinin mətbuat nümayəndələri də FHN-in il ərzində keçirdiyi idman yarışlarının işıqlandırılmasında göstərdikləri peşəkarlıq və xidmətlərinə görə təltif olunublar.