Bessent: ABŞ və Çin 15-16 mart tarixlərində ticarət danışıqları keçirəcək
İran XİN: ABŞ-ın Yaxın Şərqdəki hərbi infrastrukturu regionu qeyri-sabitləşdirir
İran: ABŞ səhvinin əvəzini çıxana qədər münaqişəyə son qoymayacayıq
Putin Qorovoyu daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edib
Tramp: İran yığması dünya çempionatına qatıla bilər, amma “bunun uyğun olduğuna inanmıram”
24 Mart 2020 16:05
2 548
Daxili İşlər Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1.000.000 (bir milyon) manat vəsait köçürüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, nazirliyin rəhbər vəzifəli əməkdaşlarının aylıq təminat xərcliyinin 50 faizini, şəxsi heyət üçün nəzərdə tutulmuş mükafat və yardım hesabında toplanan vəsaitin bir hissəsini təşkil edən bu məbləğ Azərbaycan Respublikası Prezidentinin müvafiq təşəbbüsünə dəstək olaraq ölkədə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə ianə edilib.