“Siqaret satışına ciddi nəzarət olmalıdır”
13 Yanvar 19:20
13 Yanvar 19:20
13 Yanvar 18:56
13 Yanvar 17:06
13 Yanvar 16:27
Britaniya 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edə bilər
Şərurda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
Rəsmi Bakı Venesuelada sülh və sabitliyin bərqərar olacağına ümid edir
Ceyhun Bayramov Venesuela XİN rəhbəri ilə Karakasdakı son hadisələri müzakirə edib
Rusiya XİN İranın daxili siyasətinə xarici müdaxiləni pisləyir
27 Mart 2020 11:47
1 876
Xüsusi karantin rejimində müntəzəm marşrut xətləri üzrə daşınan sərnişin sayının 60-70 faiz azalmasına baxmayaraq, gündəlik reysə çıxan avtobusların sayı azaldılmayıb. Həmçinin, daşıyıcılara avtobuslararası intervalın mövcud epidemik vəziyyət nəzərə alınmaqla tənzimlənməsi ilə bağlı göstəriş verilib. Məqsəd ilk növbədə dövlət əhəmiyyətli, həyat təminatlı obyektlərdə, həmçinin, digər vacib xidmət sahələrində çalışan vətəndaşlarımızın ictimai nəqliyyatla daşınmasını təmin etməkdir.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən verilən məlumatda deyilir.
Məlumatda qeyd edilib:
"Lakin təəssüflə qeyd edirik ki, bəzi sərnişinlər xüsusi karantin rejimi qaydalarına və tövsiyələrini əməl etməyərək zərurət olmadan belə evdən çıxırlar. Nəticədə səhər və axşam saatlarında bəzi istiqamətlər üzrə avtobuslarda sərnişin sıxlığı müşahidə olunur. Bu isə qeyd olunduğu kimi fəaliyyəti hər birimiz üçün vacib olan şəxslərin sağlamlığına təhlükə yaradır və yoluxma riskini artır.
Mövcud vəziyyət müntəzəm marşrut xətləri ilə bağlı əlavə məhdudiyyətlərin tətbiq edilməsini zəruri edir. Belə olacağı halda müntəzəm marşrut xətlərinin fəaliyyəti tamami ilə dayandırılacaq və sərnişindaşımaları yalnız müəyyən istiqamətlər üzrə hərəkət edən ekspress xətt avtobusları həyata keçiriləcək.
Bir daha vətəndaşlardan xahiş edirik ki, zərurət olmadığı halda evlərini tərk etməsinlər həmçinin, onların sağlamlığı və rahatlığı üçün tətbiq edilən qayda və tövsiyələrə əməl etsinlər".
13 Yanvar 18:45
1 057
13 Yanvar 18:15
1 239
13 Yanvar 17:46
966