“Siqaret satışına ciddi nəzarət olmalıdır”
13 Yanvar 19:20
13 Yanvar 19:20
13 Yanvar 18:56
13 Yanvar 17:06
13 Yanvar 16:27
Britaniya 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edə bilər
Şərurda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
Rəsmi Bakı Venesuelada sülh və sabitliyin bərqərar olacağına ümid edir
Ceyhun Bayramov Venesuela XİN rəhbəri ilə Karakasdakı son hadisələri müzakirə edib
Rusiya XİN İranın daxili siyasətinə xarici müdaxiləni pisləyir
17 Aprel 2020 13:39
1 547
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində sosial təcrid tədbirləri barədə qərarına əsasən respublikanın bütün elmi-tədqiqat müəssisələri iş fəaliyyətlərinin eksperimental hissəsini müvəqqəti dayandırıb. AMEA-nın Biofizika İnstitutunun kollektivi elmi fəaliyyəti karantin rejiminin qaydalarına riayət etməklə davam etdirir. İnstitutdan bildirilib ki, elmi işçilər tərəfindən 2020-ci ilin fəaliyyət planında nəzərdə tutulan tədqiqat işlərinin müəyyən hissəsi yanvar-mart ayları ərzində yerinə yetirilib. Hazırda bu tədqiqatların nəticələri əsasında məqalələr yazılır, çapa hazırlanan materiallar redaktə edilir. Artıq 5-dən çox məqalə yerli və xarici elmi-tədqiqat jurnallarında dərc olunmaq üçün göndərilib.
İnstitutun İnteqrativ biologiya laboratoriyasında müxtəlif koronavirusların genomlarının təşkili və zülallarının müqayisəli analizi üzrə elmi tədqiqat işləri başlanıb. Elmi müəssisədə 4 beynəlxalq və 2 ölkədaxili olmaqla, 6 birgə qrant layihələri üzrə tədqiqat işləri davam etdirilir. Bunun üçün xüsusi karantin rejimindən əvvəl layihələr üzrə aparılan tədqiqatlar müzakirə olunur, alınan nəticələr yekunlaşdırılır və bunların əsasında məqalələr çapa hazırlanır.
Qeyd edək ki, karantin rejimi müddətində AMEA və İtaliya Milli Tədqiqatlar Şurası arasında imzalanan elmi əməkdaşlıq sazişi üzrə müştərək proqram çərçivəsində 2020-2021-ci illər üçün elan edilmiş müsabiqənin nəticələrinə görə Biofizika İnstitutu ilə İtaliyanın Makromalekulyar Tədqiqatlar İnstitutunun “Funksional amiloidlərin aqreqasiya modulyatorları: İpək fibroini Altsheymer xəstəliyi patogenezinin tədqiqi üçün ucuz model kimi” adlı birgə qrant layihəsi qalib seçilib. Bu layihə üzrə birgə məqalə artıq çapa hazırlanıb. Eyni zamanda, AMEA-nın prezidentinin müvafiq sərəncamına uyğun olaraq magistrantlar üçün başlanan distant tədris prosesi institutun professor-müəllim heyəti tərəfindən uğurla davam etdirilir.
13 Yanvar 18:45
1 057
13 Yanvar 18:15
1 239
13 Yanvar 17:46
966