18 İyun 16:16
3 May 2020 17:19
4 025
“Türk dünyasının ortaq televiziyası yaradılacaq”. Bu barədə Modern.az saytına Global Journalism Council təşkilatının Beynəlxalq məsələlər üzrə sədr müavini Elşad Eyvazlı məlumat verib.
O, televiziyanın yaxın vaxtlarda fəaliyyətə başlayacağını bildirib.
Elşad Eyvazlının sözlərinə görə, bununla bağlı Türkdilli ölkələrin jurnalistləri ilə müzakirələr aparılıb.
“İlkin olaraq Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanda nümayəndiliklər yaradılacaq. Fəaliyyət istiqamətində siyasi məsələlər olmayacaq”.
Televiziyaya kimin rəhbərlik edəcəyinə gəlincə, müsahibimiz deyib ki, bu məsələlər ona həvalə olunub.
18 İyun 18:56
1 120
18 İyun 18:55
1 162
18 İyun 17:17
1 127