
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
AMEA-nın “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni nəşri – Azərbaycan Milli Ensiklopediyasının 9-cu cildi çap olunub. Ensiklopediyanın nümunəvi (tirajı məhdud sayda) və satış (tirajı 10 min nüsxə) üçün nəzərdə tutulan yeni cildi Almaniyanın “Kösel GmbH&Co.Kg” şirkəti ilə imzalanan müqavilə əsasında bu ölkədə işıq üzü görüb.
“F” və ”G” hərfləri üzrə materialların bir hissəsini əhatə edən 9-cu cildin həcmi 75,0 şərti çap vərəqi (600 səhifə) təşkil edir. Azərbaycan Milli Ensiklopediyasının əvvəlki cildləri kimi 9-cu cildi də yüksək bədii tərtibatla hazırlanıb, məqalələr, termin və məlumatlar yeri gəldikcə şəkil, xəritə və sxemlərin müşayiətilə verilib. Nəşrdə dünya sivilizasiyasının mühüm mərhələlərini, ölkələrin və xalqların tarixini, ədəbiyyat və incəsənətini, eləcə də elmini səciyyələndirən ətraflı məlumatlar, müxtəlif elm sahələri ilə yanaşı, texnikaya, ayrı-ayrı fəaliyyət sahələrinə dair terminlərin elmi izahı yer alıb. Ensiklopediyanın hazırlanmasında respublikanın aparıcı alimləri, mədəniyyət və incəsənət xadimləri, mütəxəssislər iştirak ediblər.
Xatırladaq ki, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində milli ensiklopediyanın 10-cu cildi çapa hazırlanır, paralel olaraq növbəti cildlər üzərində iş gedir.