
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Prezident İlham Əliyevin 30 iyun 2020-ci il tarixli Fərmanına əsasən dövlət sosial xidmət, reabilitasiya müəssisələri və peşə hazırlığı mərkəzləri əsasında da publik hüquqi şəxslər yaradılacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Fərmanda verilən tapşırığa uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət müəssisələri əsasında Sosial Xidmətlər Agentliyinin tabeliyində olmaqla publik hüquqi şəxslərin yaradılması təmin olunacaq. Həmçinin Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinə aid peşə hazırlığı mərkəzləri əsasında Dövlət Məşğulluq Agentliyinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə aid reabilitasiya müəssisələri əsasında isə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində olmaqla publik hüquqi şəxslər formalaşacaq.
Bu məqsədlə Nazirlik iki ay müddətində zəruri tədbirlər görülməsini təmin edəcək.
Qeyd edilən müəssisələrin publik hüquqi şəxslərə çevrilməsi onların fəaliyyətinin inkişafına və fuksiyalarının genişlənməinə, nəticə etibarilə əhaliyə göstərdikləri xidmətlərin keyfiyyətinin yüksəlməsinə şərait yaradacaq.