10 Oktyabr 10:00
9 Oktyabr 17:29
9 Oktyabr 17:20
17 İyun 15:47
4 858
Almaniya Kansleri Fridrix Mers bildirib ki, gələn həftə Berlində Ukrayna üzrə "E5" formatında (Almaniya, Böyük Britaniya, İtaliya, Polşa və Fransa) görüşün keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Mers Evian-le-Ben şəhərində keçirilən "Böyük Yeddilik" (G7) sammiti çərçivəsində jurnalistlərə müsahibəsində bildirib.
"Ukrayna ilə bağlı bütün məsələlərdə biz addımlarımızı həmişə bütün avropalılarla, xüsusən də Polşa və Böyük Britaniya ilə sıx şəkildə koordinasiya etmişik. Və mən artıq gələn həftə "E5" adlanan formatda görüş üçün tərəfdaşları Berlinə dəvət etmişəm", — deyib. Kanslerin mətbuat brifinqi "NTV" telekanalı vasitəsilə canlı yayımlanıb.
Məryəm Quliyeva
21:02
574
10 Oktyabr 10:00
1 260
9 Oktyabr 17:29
1 925