Konfrans Liqası: "Zirə" II təsnifat mərhələsində "Heqelman" - "Payde" cütünün qalibi ilə üz-üzə gələcək İdman

Konfrans Liqası: "Zirə" II təsnifat mərhələsində "Heqelman" - "Payde" cütünün qalibi ilə üz-üzə gələcək

“Zirə”nin UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.

Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçirilib.

Rəşad Sadıqovun komandası I təsnifat mərhələsində Gürcüstanın "Torpedo" klubunu keçəcəyi təqdirdə "Heqelman" (Litva) - "Payde" (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-da keçiriləcək.