FHN tərəfindən texniki təhlükəsizlik üzrə maarifləndirici tədbir keçirildi Cəmiyyət

FHN tərəfindən texniki təhlükəsizlik üzrə maarifləndirici tədbir keçirildi

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsə daxil olan müəssisələrin nümayəndələri üçün texniki təhlükəsizlik mövzusunda maarifləndirici tədbir keçirilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tədbirin keçirilməsində məqsəd AZCON-un idarəetməsinə verilmiş dövlət müəssisələrində texniki təhlükəsizlik tələblərinə əməl olunması, təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi, istehsalat proseslərində risklərin vaxtında müəyyənləşdirilməsi və mümkün qəzaların qarşısının alınması istiqamətində maarifləndirmə işinin gücləndirilməsi olub.

Tədbirdə AZCON-un idarəetməsinə daxil olan dövlət müəssisələrinin və digər qurumların məsul nümayəndələri iştirak ediblər.

Görüş zamanı texniki təhlükəsizlik sahəsində normativ-hüquqi aktların tələbləri, təhlükə potensiallı obyektlərin dövlət qeydiyyatı, istismara icazə, texniki müayinə və ekspertiza prosedurları, eləcə də məsul şəxslərin və işçi heyətin hazırlığı ilə bağlı məsələlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, qaldırıcı qurğuların, lift və eskalatorların, təzyiq altında işləyən avadanlıqların, qaz təsərrüfatı, eləcə də digər təhlükə potensiallı obyektlərin qanunvericiliyin tələblərinə uyğun təhlükəsiz istismarı xüsusi əhəmiyyət daşıyır. Həmçinin, qəza və insidentlərin qarşısının alınmasına yönəlmiş qabaqlayıcı tədbirlərin əhəmiyyəti vurğulanıb.

Aidiyyəti mövzular üzrə ətraflı fikir mübadiləsi aparılan tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Medial

Medial

Medial