Vens: ABŞ İranla bağlanan tarixi sazişin mətnini bu gün açıqlamaq istəyir Gündəm

Vens: ABŞ İranla bağlanan tarixi sazişin mətnini bu gün açıqlamaq istəyir

Vaşinqton administrasiyası ABŞ və İran memorandumunun mətnini iyunun 17-də dərc etmək istərdi, baxmayaraq ki, Pakistan sənədin ictimaiyyətə açıqlanmasını iyunun 19-na qədər təxirə salmağı xahiş edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens "CBS News" telekanalına müsahibəsində bildirib.

"Tam mətnə gəlincə, iranlılarla bu sazişin bağlanmasında vasitəçilikdə mühüm rol oynamış pakistanlılar bizdən tam mətni hələlik dərc etməməyi xahiş ediblər və bunun ən geci cümə gününə qədər açıqlanacağını bildiriblər. Biz, əslində, mətni elə bu gün dərc etmək üçün onları təşviq etməyə çalışırıq, çünki Amerika xalqına bu sazişdə tam olaraq nələrin yer aldığını söyləmək istəyirik", — deyə Vens məlumat verib.

Məryəm Quliyeva