Nikol Paşinyan: Bakıya getməyə hazıram Dünya

Nikol Paşinyan: Bakıya getməyə hazıram

Ermənistan Baş naziri Nikol Paşinyan dəvət olunacağı təqdirdə, Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Azərbaycana gələcəyini açıqlayıb.

Bu barədə o, parlamentdə çıxışı zamanı bildirib.

“Əvvəllər də demişəm ki, 2028-ci ildə dəvət olarsa, əlbəttə, Bakıda keçiriləcək Avropa Siyasi Birliyinin sammitinə qatılacam”, - Paşinyan qeyd edib.