16:06
1 232
Çexiya Avropa Şurasının qarşıdakı iclasında birliyin Rusiyaya qarşı 21-ci sanksiya paketinin qəbul olunmasını dəstəkləyəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Çexiya parlamentinin Senatının (yuxarı palatasının) üzvləri qarşısında çıxış edərkən Baş nazirin müavini, sənaye və ticarət naziri Karel Qavliçek məlumat verib.
"Avropa Şurası Rusiyaya qarşı sanksiyaların, o cümlədən hazırda müzakirə olunan 21-ci paketin gücləndirilməsinə çağıracaq ki, Çexiya hökuməti də bəyan etdiyi kimi, bunu dəstəkləyir", — deyə siyasətçinin sözlərini "ČTK" informasiya agentliyi sitat gətirib.
Qavliçek həmçinin qeyd edib ki, Çexiya yeni dövlətlərin qəbul edilməsi hesabına Aİ-nin genişlənməsi planlarının reallaşdırılmasını dəstəkləyir. "Respublika Aİ-nin genişlənməsi prosesini obyektiv xidmətlər və iddiaçı ölkələr tərəfindən bütün müvafiq şərtlərin yerinə yetirilməsi əsasında dəstəkləyir. Vurğulamaq vacibdir ki, bu qaydalar bütün namizəd dövlətlər üçün vahid olmalıdır", — deyə Baş nazirin müavini qeyd edib.
Məryəm Quliyeva