Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
Prezidentin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Azərbaycan XİN 27 sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
22 İyul 2020 11:35
6 475
Bütöv Azərbaycan Xaıq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Milli Mətbuatının 145-cİ ildönümü münasibətilə media təmsilçilərini təbrik edib.
Təbrikdə deyilir:
“Hörmətli media nümayəndələri!
Əziz jurnalistlər!
Sizi Azərbaycan Milli Mətbuatının 145-ci ildönümü münasibətilə təbrik edirəm!
Azərbaycan mətbuatı “Əkinçi” qəzetindən başlayaraq şərəfli bir yol keçib, xalqımızın marifləndirilməsində, ana dilimizin və milli-mənəvi dəyərlərimizin qorunmasında, mədəniyyətimizin, incəsənətimizin təbliğində və inkişafında önəmli rol oynayıb.
Sovet rejiminin amansız represiyalarının ən ağır illərində belə Azərbaycan mətbuatının ləyaqətli nümayəndələri, söz adamları dilimizin, milli mədəniyyətimizin, kimliyimizin unudulmasına, xalqımızın assimilyasiyaya uğramasına imkan verməyiblər.
Ötən əsrin sonlarında vüsət alan Milli Azadlıq Hərəkatında, dövlət müstəqilliyimizin yenidən bərpa olunmasında və qorunmasında Azərbaycan mətbuatının və bu şərəfli peşənin ayrı-ayrı nümayəndələrinin xidmətləri əvəzsizdir.
Bu gün dövlətçiliyimizin qorunması, milli vətənpərvərlik ruhunun yüksəldilməsi, ölkəmizdə həyata keçirilən islahatların uğur qazanması və daha da dərinləşdirilməsi, hüquqi dövlət quruculuğu prosesinin yeni bir mərhələyə qədəm qoyması və ən başlıcası, işğal edilmiş ərazilərimizin azad edilməsi üçün mətbuatımızın da üzərinə ağır və tarixi bir missiya düşür.
Ümid edirəm ki, Siz bu vəzifənin öhdəsindən şərəflə gələcək, Azərbaycanın bütöv, demokratik və qüdrətli bir dövlətə çevrilməsi üçün əməyinizi əsirgəməyəcəksiniz.
Bu yolda hər birinizə cansağlığı, dövlətimizin, millətimizin və mətbuatımızın inkişafı yolunda uğurlar arzulayıram”.
25 Sentyabr 18:21
1 246
25 Sentyabr 17:17
994
25 Sentyabr 17:16
952