“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
Türkiyədə təqaüdçü polis kafeyə silahlı hücum edib, 2 nəfər ölüb, 2 yaralı var
28 İyul 2020 15:42
4 074
“Qurban bayramı ilə bağlı müzakirələr aparılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın, TƏBİB mütəxəssislərinin tövsiyəsi bu olub ki, kütləvi şəkildə Bakıda qurban kəsmək üçün yer ayrılmasın”.
Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. O deyib ki, əvvəlki illərdə qurban kəsmək üçün müəyyən yerlər təşkil olunurdu, çoxlu sayda adamlar da həmin yerlərə gedib qurban kəsdirirdi: “Amma koronavirusla bağlı hazırkı vəziyyət təhlükə yaradır. Dövlət var gücü ilə vəziyyətin düzəlməsi üçün çalışır. Hamımız da bir olub bu tövsiyələrə əməl etməliyik. Ona görə də bu il kütləvi şəkildə qurban kəsmək üçün yerlərin ayrılmasına icazə verilmədi”.
Fuad Nurullayev qeyd edib ki, qurban kəsmək şəriətdə vacib əmr deyil: “Qurban kəsməyin vacibliyi Məkkədə ziyarətdə olan insanlar üçündür. Amma ümumilikdə vacib şərt deyil, savabdır”.
Onun sözlərinə görə, bu gün də tövsiyə edilir ki, koronavirus səbəbindən insanlar bir yerə toplaşıb qurban kəsməyə getməsin.
Bayram namazı ilə bağlı məsələyə gəldikdə isə QMİ sədrinin müavini qeyd edib ki, məscidlərdə cümə, camaat, bayram namazlarının qılınması təxirə salınıb: “Bayram namazının qılınması da vacib deyil. Hərə öz evində ailəsi ilə birgə bayram namazı qıla bilər”.
Qeyd edək ki, 31 iyul və 1 avqustda Azərbaycanda Qurban bayramı qeyd ediləcək. Nazirlər Kabinetinin qərarı ilə 1 avqust şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 3 avqust - bazar ertəsi ilə yeri dəyişdiriləcək, bazar ertəsi də qeyri-iş günü olacaq.
1 Noyabr 17:46
1 491
1 Noyabr 14:21
1 505
31 Oktyabr 20:55
1 925