İctimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı sıxlıq normalarına əməl olunmalıdır Hadisə

İctimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı sıxlıq normalarına əməl olunmalıdır

Yerində xidmət göstərməsinə icazə verilən ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına düşən sıxlıq normalarına əməl olunmalıdır.

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə yerində xidmət göstərməsinə icazə verilən ictimai iaşə müəssisələrinə Nazirlər Kabineti tərəfindən aşağıdakı tələblər müəyyən edilib:

- koronavirus (COVID-19) pandemiyası dövründə yerində xidmət göstərməsinə icazə verilən ictimai iaşə müəssisələrinə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır;

- qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır;

- hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida qəbulu yerlərinin (zallar, otaqlar və sair) ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları göstərilməlidir.

Koronavirus pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları: https://nk.gov.az/az/document/4567/.