
Venesuela ABŞ-ı balıqçı gəmisini ələ keçirməkdə ittiham edib
13 Sentyabr 22:59
13 Sentyabr 22:59
13 Sentyabr 22:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Qəbul qaydalarına görə, ixtisaslar üzrə birgə müsabiqə yoxdursa, plan yerləri yalnız Azərbaycan və rus bölməsi üzrə ayrılıbsa, müvafiq bölməni bitirən və həmin dildə imtahan verən abituriyentlər ixtisas seçimində yalnız həmin bölmə üzrə olan ixtisasları seçə bilərlər.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Yoxlama, ölçmə materialları şöbəsinin müdiri Natiq Əliyev deyib. Onun sözlərinə görə, rus bölməsinin abituriyentləri əlavə imtahan (Azərbaycan dili) verməklə Azərbaycan bölməsi üzrə olan ixtisasları seçə bilərlər:
“Yaxud, Azərbaycan bölməsinin abituriyentləri fərq imtahanı (rus dili) verməklə rus bölməsi üzrə olan yerləri seçə bilərlər. Amma bunun üçün əvvəlcədən qeydiyyatdan keçmək lazım idi. Abituriyentlər buraxılış imtahanı dövründə həmin fərq imtahanını verməli idilər”.