Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
21 Oktyabr 2020 16:52
2 135
“Sığortaolunanların fərdi uçotunun aparılması Qaydası” təsdiq edilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qaydaya əsasən, icbari tibbi sığorta üzrə sığortaolunanların fərdi uçotu fərdi identifikasiya nömrəsinə (FİN) əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron informasiya sistemində aparılır.
Fərdi uçot icbari tibbi sığorta üzrə hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. Sığortaolunan isə sağlamlığı icbari və ya könüllü qaydada sığortalanmış fiziki şəxslərdir. Sığortaolunanların fərdi uçotu Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə Agentliyin elektron informasiya sisteminə ötürülməsi yolu ilə həyata keçirilir.
Sığortaolunanın fərdi uçot məlumatlarına əlçatanlığının təmin edilməsi məqsədilə Agentlik sığortaolunanın fərdi şəxsi hesabını yaradır və Vahid Giriş Sistemi (“Asan Login”) vasitəsilə şəxsi hesaba giriş imkanlarını təmin edir.
Fərdi uçotun aparılması zamanı sığortaolunana dair şəxsiyyətini təsdiq edən sənədin tipi, seriyası, nömrəsi, fərdi identifikasiya nömrəsi (FİN), vətəndaşlığı, adı, soyadı, atasının adı, doğulduğu tarix, cinsi, qan qrupu, yaşadığı ünvan, işlədiyi müəssisənin ünvanı, işçinin işə başlama tarixi, işçinin işdən çıxma tarixi, pensiyaçının məşğulluq vəziyyəti, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), qeydiyyat ünvanı, fəaliyyət ünvanı, ananın fərdi identifikasiya nömrəsi (FİN), ölüm tarixi, ölüm haqqında sənədin verilməsi tarixi, doğuşun baş verdiyi tarix kimi məlumatlar toplanılır.
Fərdi uçot hər bir şəxsin sığortaolunan kimi indentifikasiyası və icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərdən istifadə hüququnun təmin edilməsi məqsədilə aparılır. Sığortaolunanların fərdi məlumatları əsasında onlara dair ödənilmiş və hesablanmış sığorta haqları, sığorta ödənişlərinin məbləğləri, ödənilməli olan sığorta haqları, icbari tibbi sığorta şəhadətnaməsi barədə məlumat fərdi şəxsi hesablarında toplanılır.
15 Noyabr 16:55
1 463
14 Noyabr 19:54
1 953
14 Noyabr 19:10
2 072