Beynəlxalq Avrasiya Mətbuat Fondundan bəyanat Hadisə

Beynəlxalq Avrasiya Mətbuat Fondundan bəyanat

Türkiyənin nüfuzlu "Sabah" qəzeti dünənki sayında, Dünya xəbərləri bölümündə "3 Başkenti, 11 resmi dili ve 5 dilde ulusal marşı var!" başlığı altında getmiş məqalədə" İşte dünyadaki ülkelerin isimleri listesi" adlı bölmədə 37-ci sırada Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ Muxtar Vilayəti müstəqil dövlət kimi göstərilmişdir (37 Dağlık Karabağ Cumhuriyeti). Hesab edirik Türkiyə mətbuatında son dövrlər başlanmış bu zərərli tendensiya vahid mərkəzdən idarə olunur. Təsadüfi deyil ki, bir müddət öncə Azərbaycanın hava sərhədlərini pozan helikoptelin vurulmasına münasibət bildirərkən Türkiyənin CNN kanalının aparıcısı da Dağlıq Qarabağ Muxtar Vilayətini müstəqil dövlət kimi təqdim etmişdir. Türkiyənin nüfuzlu bir media qurumu tərəfindən bu cür kobud səhvə yol verilməsi Azərbaycan torpaqlarının ərazi bütövlüyünə qarşı böyük hörmətsizlikdir.
1992-ci ildə Azərbaycanın Respublikasının dövlət müstəqilliyi BMT tərəfindən tanınarkən Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan Respublikasının ərazisi kimi tanımış və Ermənistanın təcavüzkar qoşunlarının qeydsiz-şərtsiz Azərbaycan ərazilərindən çıxması haqqında 4 qətnamə qəbul edilmişdir. Azərbaycana qarşı yönəldilmiş təcavüzkar siyasət nəticəsində torpaqlarımızın 20 faizi işağal altında qalmış,1 milyona yaxın vətəndaşımız qaçqın düşmüşdür.
Türkiyənin "Sabah" qəzetində Azərbaycanın tarixi torpaqlarının müstəqil dövlət kimi göstərilməsinə qəti etirazımızı bildiririk və dərhal bu yanlışlığın aradan qaldırılması ilə bərabər Azərbaycan xalqından üzr istənilməsini tələb edirik.
P.S BAMF-nın Bəyanatı hazırlanarkən məlum oldu ki, "Sabah" qəzeti Azərbaycandan olan çoxsaylı etirazları nəzərə alaraq öz saytında yol verilmiş yanlışlığı aradan qaldırmışdır. Lakin biz bu zərərli tendensiyanın qarşısını alması üçün media qurumunun Azərbaycan xalqından üzr istəməsini təkidlə tələb edirik.