İlk növbədə risk qrupuna daxil olanların vaksinasiyası aparılacaq - TƏBİB Hadisə

İlk növbədə risk qrupuna daxil olanların vaksinasiyası aparılacaq - TƏBİB

İlk növbədə risk qrupuna daxil olan insanların COVİD-19 virusuna qarşı vaksinasiyası aparılacaq.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı "Real TV"-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu gün ağır pandemiyadan qurtulmağın vaksinasiyadan başqa yolu yoxdur.

Əhalinin maarifləndirilməsi üçün çoxlu sayda materialların hazırlanacağını və onların ictimiayyətlə paylaşılacağını nəzərə çatdıran R.Bayramlı qeyd edib ki, vaksinasiya pulsuz olacaq və vaksinasiya strategiyasında yer alan risk qruplarına tətbiq olunacaq.