Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
Prezidentin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Azərbaycan XİN 27 sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
6 Yanvar 2021 10:18
2 975
Bakıda sahibkarı mağazasında qətlə yetirən mütəşəkkil dəstənin məhkəmə prosesi başlayır.
Qətli törətməkdə təqsirləndiilən 1998-ci il təvəllüdlü Ehtiram Əliyev və 1999-cu il təvəllüdlü Ələsgər Əliyevin barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Mahmud Ağalarovun icratına verilib. Yaxın vaxtlarda məhkəmənin hazırlıq iclasının vaxtı müəyyən ediləcək.
Xatırladaq ki, hadisə ötən ilin yanvarın 7-də Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki zoomağazada baş verib. 1998-ci il təvəllüdlü Ehtiram Əliyev və 1999-cu il təvəllüdlü Ələsgər Əliyev adıçəkilən mağazaya daxil olaraq oranın sahibi, 1953-cü il təvəllüdlü Hikmət Bəhlul oğlu Babayevin üzünə və boyun nahiyəsinə beş bıçaq zərbəsi endirərək qətlə yetirib, mağazada olan 14 min manat pulu götürərək hadisə yerindən qaçıb. Mağaza sahibi aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Hüquq - mühafizə orqanlarının keçirdikləri əməliyyat - axtarış tədbirləri nəticəsində qətli törədən şəxslər saxlanılaraq istintaqa cəlb edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1-ci ( bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
25 Sentyabr 18:21
1 232
25 Sentyabr 17:17
973
25 Sentyabr 17:16
938