“Siqaret satışına ciddi nəzarət olmalıdır”
13 Yanvar 19:20
13 Yanvar 19:20
13 Yanvar 18:56
13 Yanvar 17:06
13 Yanvar 16:27
Britaniya 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edə bilər
Şərurda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
Rəsmi Bakı Venesuelada sülh və sabitliyin bərqərar olacağına ümid edir
Ceyhun Bayramov Venesuela XİN rəhbəri ilə Karakasdakı son hadisələri müzakirə edib
Rusiya XİN İranın daxili siyasətinə xarici müdaxiləni pisləyir
14 Yanvar 2021 15:01
2 576
"DİM tərəfindən offlayn və onlayn imtahanlar keçirilir. Bu imtahanlar sınaq imtahanlarıdır".
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanlarda fərqlənmiş nəzarətçi müəllimlər və imtahan rəhbərləri ilə onlayn görüşündə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, pandemiya dövründə bu, DİM-in şagirdlərə töhfəsi idi: “100 mindən çox gənc elektron imtahanlarda iştirak edib. Real imtahanların hüquqi nəticəsi də olur, ali və orta ixtisas məktəblərinə qəbul olurlar, elektron imtahanlar isə öz-özünü yoxlamaq üçündür. Elektron imtahanların hüquqi nəticəsinin olması üçün bir çox problemlər ortaya çıxarır. DİM pandemiya şəraitində 2 platforma əsasında 2 növ elektron imtahan hazırlayıb. Elektron imtahan verən şagirdi ən azı 1 müəllim izləyir. Biz belə imtahanları tətbiq etməyə başlayırıq. Yeni nəzarətçi müəllimlər üçün təlimlərə başlayacağıq, onlar procter olmaq üçün təlimdən keçəcəklər. Pandemiya şəraitində imtahan nəticəsi vacib olan zaman kütləvi imtahanları keçirə bilmirik. Ola bilsin 1 il ərzində də müəyyən ictimai müəssisələrdə tədbirlər, məktəblərdə dərs keçmək mümkün olmasın. Həmin şəraitdə hüquqi nəticəsi olan real imtahanları keçirməyi nəzərdə tuturuq. Gələcəkdə nəzarətçi müəllimlər yalnız kağız daşıyıcı üzrə yox, həm də procter müəllim kimi iştirak edəcəklər və müəyyən təlimlərdən keçəcəklər”.
13 Yanvar 18:45
1 008
13 Yanvar 18:15
1 190
13 Yanvar 17:46
938