Livanda iki jurnalist İsrailin PUA hücumunda həlak olub
28 Mart 16:56
28 Mart 16:56
13 Fevral 2021 13:22
4 431
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, belə ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus çamadan Heydər Əliyev Beynəlxalq Hava Limanında rentgen aparatından kecirilərkən monitorda şübhəli təsvirlər müşahidə olunub.
Yoxlama zamanı çamadanda olan şəxsi əşyaların arasındakı iki ədəd səsgücləndiricinin içərisində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 4 ədəd şəffaf polietilen bükümdə ümumi çəkisi 302 qram olan 1000 ədəd MDMA (metilendioksimetamfetamin) psixotrop maddə və çəkisi 89, 679 qram olan narkotik vasitə - kokain aşkar edilib.
Xatırladaq ki, MDMA (metilendioksimetamfetamin) "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir və onun təsiredici maddəsinin ümumi miqdarı 145 qramdır.
Faktla bağlı araşdırma aparılır.
28 Mart 17:47
1 302
28 Mart 15:54
1 393
28 Mart 15:07
1 218