Azərbaycana 400 min dozadan çox "AstraZeneca" vaksini ayrılıb Hadisə

Azərbaycana 400 min dozadan çox "AstraZeneca" vaksini ayrılıb

Azərbaycana COVAX beynəlxalq vaksin mexanizmi vasitəsilə 432 min doza "AstraZeneca" vaksini ayrılıb.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) vaksinlərin paylanması barədə ilkin hesabatında deyilir.

Vaksinlərin Azərbaycana 2021-ci ilin mayınadək tədarük olunması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan 2020-ci ilin sonunda 21 milyon dollar töhfə ilə COVAX mexanizminə qoşulub.