Bakıda qadını hədələyərək pulunu alan şəxs tutulub Hadisə

Bakıda qadını hədələyərək pulunu alan şəxs tutulub

Bakıda qadını hədələyərək pulunu alıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 41-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda Bakı şəhər sakini T.Məmmədovanı hədələyərək 4000 manat pulunu almaqda şübhəli bilinən Masallı rayon sakini H.Rzayev saxlanılıb.