16 Aprel 2021 10:34
2 660
Bakıda 20 yaşlı qız çoxmərtəbəli binadan yıxılıb.
APA-nın xəbərinə görə, hadisə Pirallahı rayonu, Səməd Vurğun küçəsində baş verib.
2001-ci il təvəllüdlü İsazadə Gülnar Qabil qızı yaşadığı binanın 7-ci mərtəbəsindən yıxılıb. Müxtəlif bədən xəsarətləri alan qadın dərhal xəstəxanaya çatdırılıb.
Həkimlərin verdiyi məlumata görə, qadının vəziyyəti ağırdır.