
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Amerika–Azərbaycan Şurasının və "Pax Turcica" təşkilatının birgə təşkilatçılığı ilə 28 May – Respublika Gününə həsr olunmuş məktub kampaniyasına başlanılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, məktubda deyilir ki, Azərbaycan xalqı mayın 28-də Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasının 103-cü ildönümünü qeyd edəcək. Bildirilib ki, ADR dünyada müsəlmanların çoxluq təşkil etdiyi ilk demokratik parlament quruluşuna malik dövlət olub. ADR-in 1920-ci ildə bolşeviklər tərəfindən işğalına qədər mövcud olduğu qısa müddət ərzində ölkəmizdə dünyəvi demokratik institutların yaradıldığı, qadınlara (ABŞ-dan öncə) seçki hüququnun verildiyi və Azərbaycanın müstəqilliyinin beynəlxalq səviyyədə tanınmasının təmin edildiyi nəzərə çatdırılıb.
Məktub müəllifləri yerli ictimaiyyəti Azərbaycanın demokratik təcrübəsi barədə məlumatlılığı artıran və 28 May tarixinin Azərbaycanın Milli Günü kimi tanınmasına həsr olunan kampaniyaya qoşulmağa çağırıb.
Kampaniyaya https://www.congressweb.com/AAC/6#/6/linki vasitəsilə qoşulmaq mümkündür.