Dörd ay ərzində ad, ata adı və soyadın dəyişdirmək istəyənlərin sayı açıqlanıb Hadisə

Dörd ay ərzində ad, ata adı və soyadın dəyişdirmək istəyənlərin sayı açıqlanıb

Bu ilin birinci rübündə ad, ata adı və soyadın dəyişdirmək istəyənlərin sayı açıqlanıb.

Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ilin birinci rübündə qeydiyyat orqanlarında 395, aprel ayında isə 211 adın, ata adının və soyadın dəyişdirilməsi dövlət qeydiyyatına alınıb.