“Formula 2”də zəncirvarı qəza olub, sessiya müvəqqəti dayandırılıb
Taleh Ziyadov: Orta Dəhliz regionda əməkdaşlığın əsas dayağıdır
İcraçı direktor: Almaniya biznesinin Azərbaycana marağı artır
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
Ərdoğan Türkiyənin İsrail üçün təhlükə yaratmadığını bildirib
4 İyun 2021 15:38
3 367
"İşğaldan azad olunmuş ərazilərdəki bütün çaylardan analizlər götürülüb".
APA-nın məlumatına görə, bunu ETSN-in Ətraf Mühitin və Təbii Sərvətlərin Tənzimlənməsi şöbəsinin müdir müavini Vasif Əliyev Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi və işğaldan azad olunmuş ərazilərdə ekoloji durum mövzusunda mətbuat konfransında deyib.
Onun sözlərinə görə, həm ölkə daxilində, həm də xaricində analizlər yoxlanılıb: "Su nümunələrində təhlillər göstərib ki, çirkləndiricilər normadan yüksəkdir. Təhlillərə görə, mis, qurğuşun, dəmir və digər elementlər normadan dəfələrlə yüksəkdir. Mikrobioloj təhlillərə görə də çay suyu çirkli hesab olunur. Bəsitçayda, Bərgüşad və Araz çaylarında da nəticələr yolverilən qatılıq həddindən yüksəkdir".