“Qafqaz və ermənilər” kitabının təqdimatı keçirilib Hadisə

“Qafqaz və ermənilər” kitabının təqdimatı keçirilib

Dünən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, professor Rauf Hüseynzadənin rus dilində çap olunmuş "Qafqaz və ermənilər" kitabının təqdimat mərasimi keçirilib.
AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, AMEA vitse-prezidenti, akademik İsa Həbibbəyli kitabın tarixi əhəmiyyətindən söz açaraq "Azərbaycanlılara qarşı soyqırımların tədqiqi" komissiyasının fəaliyyəti barədə məlumat verib.
O bildirib ki, komissiyanın gördüyü işlər nəticəsində indiyədək soyqırımı həqiqətlərini əks etdirən bir neçə kitabın təqdimatı keçirilib.
Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova isə yeni nəşrin elmi əhəmiyyətini yüksək qiymətləndirib. O, bu istiqamətdə araşdırmaların Azərbaycan tarixinin öyrənilməsində son dərəcə önəmli olduğunu qeyd edib.