“ABŞ dominant, Rusiya güclü”
26 Dekabr 21:04
26 Dekabr 21:04
26 Dekabr 20:22
26 Dekabr 19:20
26 Dekabr 19:03
5 Avqust 2021 20:18
3 346
Bu gün dünyada aktiv şəkildə baş verən meşə yanğınları yanğın təhlükəsizliyi və insanların təbiətlə ehtiyatlı davranışı məsələlərini ön plana çıxarır. Bu dönəmdə hər kəsin yanğın təhlükəsizliyinə qarşı həssaslığı tələb olunur.
Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Deputat bildirib ki, hazırda turizm mövsümüdür, insanlar təbiətdə istirahətə getməyə üstünlük verirlər: “Bu il pandemiya səbəbindən insanlarımız daha çox ölkə daxilində istirahətə üstünlük verirlər və istirahət üçün gözəl təbiətə, meşələrə malik müxtəlif rayonlarımıza üz tuturlar. Bu səbəbdən də rayonlara gedən insanlarımızın sayı əvvəlki illərlə müqayisədə xeyli artıb.
Ancaq istirahətə gedərkən təbiətlə davranışa da xüsusi diqqət yetirmək gərəkdir, xüsusən də indiki dönəmdə yanğın təhlükəsizliyi olduqca həssas məsələdir. Havaların isti keçməsi yanğın təhlükəsliyi ilə bağlı həssaslığı daha da artırır. İnsanlar diqqətli olmalı, yanğına səbəb ola biləcək davranışlara yol verməməlidir. Odla ehtiyatsız davranış böyük fəlakətə səbəb ola bilər”.
Deputat qeyd edib ki, yanğınlar təbiətə, flora və faunaya ciddi ziyan vurur, atmosferi çirkləndirir, biomüxtəlifliyi məhv edir: “Yanğın zamanı təbiətə dəyən zərərin aradan qaldırımlası uzun zaman və əziyyət tələb edir. Həmçinin, yanğınlar bəzən insan tələfatına səbəb olur. Bu səbəbdən həm təbiəti, həm özümüzü, həm də başqlarını qorumaq üçün ehtiyatlı davranmalıyıq, yanğına səbəb ola biləcək hərəkətlərə yol verməməliyik”.
10:14
525
26 Dekabr 21:03
1 155
26 Dekabr 20:09
1 386