DİM: Dövlət sifarişli kənd təsərrüfatı ixtisaslarında aşağı müsabiqə vəziyyəti olacaq Hadisə

DİM: Dövlət sifarişli kənd təsərrüfatı ixtisaslarında aşağı müsabiqə vəziyyəti olacaq

“IV qrupda ən çoxluq təşkil edən kənd təsərrüfatı ixtisaslarıdır”.

APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayımda deyib.

Onun sözlərinə görə, təəssüf ki, yüksək nəticə göstərənlər bu ixtisasları seçmirlər : “Kənd təsərrüfatı ilə bağlı bəzi ixtisaslar həm I, həm də IV qrupda var, burada dövlət sifarişlidir. Əmək bazarında bu ixtisaslara tələbat çoxdur. Bu il dövlət sifarişli kənd təsərrüfatı ixtisaslarında aşağı müsabiqə vəziyyəti olacaq. 300 baldan aşağı toplayanlar aqrar sahələri seçsələr, ödənişsiz yerlərdə təhsil ala bilərlər. Bu qrupda 4075 plan yeri var. Bu qrupda 150 baldan yuxarı nəticə göstərənlər 3 824 nəfərdir. 600 baldan yuxarı nəticə göstərənlər bu il artıb, nəticələr yaxşılaşıb. 500 baldan yuxarı nəticə göstərənlər ötən illə müqayisədə 171 nəfər artıb. 400 və 150 baldan yuxarı toplayanlar da də bu il artıb.