Misirdə azərbaycanlı alim Seymur Nəsirov təhsil sahəsindəki fəaliyyətlərinə görə təltif edilib
ADSEA: Pirşağıda kanalizasiya kollektorlarının tikilən ərazidə təhlükəsizlik tədbirləri görülüb
Bakı metrosu "Qarabağ" – "Vestri" oyununa görə gücləndirilmiş rejimdə işləyəcək
Azərbaycan və Çex hökumətləri arasında Qarışıq Komissiyanın həmsədri dəyişib
27 Avqust 2021 17:52
4 144
Bu gün Lənkəran şəhəri, Balıqçılar qəsəbəsi yaxınlığında Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində başlamış yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb.
FHN Mətbuat xidmətindən verilən məlumata görə, hazırda yanğınsöndürmə əməliyyatı FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilir.
Yanğının söndürülməsini mütəmadi güclənən küləkli hava çətinləşdirir.
İlkin məlumata əsasən, ərazidə 10 ha sahədə əsas etibarilə, kol-kos və qurumuş ağac kötükləri yanır.