Azərbaycanda sobalar, plitələr və aspiratorlar üçün məcburi standartlar hazırlanır
Azərbaycanda kondisionerlərə dair yeni texniki reqlament layihələri hazırlanıb
Sabah Azərbaycan-Belarus hökümətlərarası komissiyanın 15-ci iclası keçiriləcək
BƏƏ Xüsusi Əməliyyatlar Qüvvələrinin komandanı Azərbaycana gəlib
Rayonlarda leysan olacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
22 Oktyabr 2021 15:25
2 345
Ali Məhkəmədə Gəncənin Sabiq icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə təqsirləndirilən şəxslərin kassasiya şikayətinə baxılıb.
Trend-in məlumatına görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar açıqlanıb.
Qərara əsasən, təqsirləndirilən şəxslərdən Ürfan Məmmədov və Oqtay Hüseynzadəyə qarşı irəli sürülmüş qəsdən adam öldürmə, terrorçuluq, mütəşəkkil dəstə yaratma da daxil olmaqla, 19 maddə ilə ittihama xitam verilib. Ali Məhkəmə Ürfan Məmmədovu yalnız CM-in 307.3 (xüsusilə ağır cinayəti gizlətmə), Oqtay Hüseynzadəni isə 220.1 (kütləvi iğtişaşları təşkil etmə və ya iştirak) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələrilə təqsirli hesab edib. Qərara görə, Ü. Məmmədovun cəzasını 18 ildən 5 ilə, Hüseynzadənin cəzasını isə 18 ildən 10 ilə endirib.
Daha bir təqsirləndirilən Abbas Abbasovun cəzası 9 ildən 7 ilə endirilib.
Təqsirləndirilən şəxslərdən Ali Məhkəməyə kassasiya şikayəti vermiş daha iki nəfərin - Elşən Məmmədov və Rauf Bayramovun şikayəti isə təmin edilməyib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə E. Məmmədov 7, Bayramov isə 9 il azadlıqdan məhrum edilib. Yuxarı instansiya məhkəmələri də bu hökmü qüvvədə saxlayıb.