QHT sədri Pakistan qəzetlərində Gəncə, Bərdə, Tərtər hadisələrindən yazdı Hadisə

QHT sədri Pakistan qəzetlərində Gəncə, Bərdə, Tərtər hadisələrindən yazdı

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri, jurnalist Cavid Şahverdiyevin ötən ilin bu günlərində ermənilərin Gəncə, Bərdə və Tərtərin mülki əhalisini raket atəşinə tutub bombalaması hadisəsi ilə bağlı yazısı Pakistanın nüfuzlu “Daily Independent” və” 6 Am” qəzetlərində dərc olunub.
Müəllif yazıda qeyd edib ki, Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla hərbi cinayətlər törədib.

Yazıda vurğulanıb ki, işğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.
C.Şahverdiyev Pakistan ictimaiyyətinə Ermənistanın Azərbaycanın Gəncə, Bərdə və Tərtərin mülki əhalisini bombalaması, onlarla mülki insanın öldürülməsi, yüzlərlə insanın yaralanması, dağıntıları xatırladıb. Bildirib ki, terror və hərbi cinayət siyasəti Ermənistanın dövlət səviyyəsində aparılıb. Müharibə aparılmayan bir yerdən uzaq qadağan olunan silahlardan Ermənistan tərəfindən mülki əhalinin bombalanması Azərbaycan xalqına qarşı Xocalı soyqırımından bəri şahidi olduğumuz bir soyqırım aktıdır.

Jurnalist qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi cinayətlərinin dünya ictimaiyyəti, super güclər, beynəlxalq təşkilatlar tərəfindən bu vaxtadək qınanılmaması, işğalçıya qarşı heç bir cəza tədbiri görülməməsi ədalətsizlikdir.

Qeyd edək ki, C.Şahverdiyevin Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə, Bərdə, Tərtərin bombalanması hadisəsi Rusiya, Hindistan mediasında da ictimailəşdirilib.

Yazının tam mətni aşağıdakı linkdə:

file:///C:/Users/TOSHIBA/Downloads/Daily-Ind-Quetta-26-10-2021%20(1).pdf
file:///C:/Users/TOSHIBA/Downloads/Daily-6-AM-Quetta-26-10-2021%20(1).pdf