7 il əvvəl Bakıda adam öldürən şəxsin məhkəməsi başladı Hadisə

7 il əvvəl Bakıda adam öldürən şəxsin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində 7 il əvvəl qətl törədib ölkədən qaçan şəxsin məhkəməsi başlayıb.

Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 9-na təyin olunub.

Qeyd edək ki, İbrahim Muxtarov 2014-cü ilin avqustun 16-da Bakıda yerləşən gecə klublarının birində Böyükağa Əliyevi qətlə yetirməkdə ittiham olunur.

İbrahim Muxtarov cinayətkar aləmin üzvü olub.