
Sözünə sadiq LİDER
29 Sentyabr 21:14
29 Sentyabr 21:14
29 Sentyabr 19:29
29 Sentyabr 19:28
"Hazırda bir sıra ölkələrdə koronavirusa yoluxmanın artması və pik səviyyəyə çatması müşahidə edilir". Bunu Xalqcəbhəsi.az-a açıqlamasında Səhiyyə Nazirliyinin ictimai səhiyyə və İslahatlar mərkəzinin həkim mütəxəssisi Könül İsmayılova deyib. O, bildirib ki, hazırda delta ilə yanaşı olaraq omikron ştamı da sürətlə yayılır: "Omikron ştammınln inkubasiya dövrü daha qısadır (4 günə qədər) və ən çox baş ağrısı və yorğunluqla özünü göstərir. Bunlarla yanaşı, qızdırma, burun tutulması, əzələ ağrıları, asqırma və öskürəyə də rast gəlinir:" Yoluxduqdan 1-6 gün sonra PZR testləri xəstəliyi təsdiqləyən müsbət nəticələr göstərə bilər. Bir sıra ölkələr inkubasiya dövrünün qısa olmasını nəzərə alaraq karantin müddətini 7 gün olaraq müəyyən ediblər. Delta ştamı ilə müqayisədə ağır klinik gedişat, ölüm və hospitalizasiya halları xeyli aşağıdır. Qorunma yolları olduğu kimi qalır, daima aktual olan maskaların istifadəsi, əl gigiyenası, spirt əsaslı dezinfektantların istifadəsi, məsafə saxlamaq, izdihamlı mühitlərdə az olmaq. Vaksinasiya, eynilə də buster dozanın qəbul edilməsi yenə də prioritet təşkil edir. Bir sıra tədqiqatlar göstərir ki, buster doza ilə yüksək səviyyədə qorunmaq mümkündür".
Əli