“Məhkəmələrin aparatlarının təkmilləşdirilməsi müsbət dəyişiklikləri daha sürətləndirir”- Çingiz Əsgərov Hadisə

“Məhkəmələrin aparatlarının təkmilləşdirilməsi müsbət dəyişiklikləri daha sürətləndirir”- Çingiz Əsgərov

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının maliyyə dəstəyi ilə tərcümə və nəşr edilmiş “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qaçqınlar, Sığınacaq axtaranlar və Vətəndaşlığı olmayan şəxslərlə bağlı İşlərə dair Qərarlarının toplusu” adlı kitabın təqdimat mərasimi keçirlib.

Xalqcəbhəsi.az xəbər verir ki, Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyası İttifaqı və Avrasiya Hüquqşünaslar Assosiasiyası tərəfindən nəşr olunan toplu əsasən hakimlər, vəkillər və hüquqşünasların istifadəsi üçün nəzərdə tutulub. Kiçik tirajla (ilkin olaraq 1000 ədəd) nəşr edilmiş və ödənişsiz yayılması planlaşdırılan vəsaitdən, hüquq-mühafizə orqanları əməkdaşları, tələbələr və qeyri-hökumət təşkilatlarının nümayəndələri də faydalana biləcəklər.

Tədbirin moderatoru, Birləşmiş Millətlər Təşkilatının İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin üzvü, Mediaisya Şurasının İdarə Heyətinin Sədri Nadir Adilov tədbir iştirakçılarını salamlayaraq, vəsaitin ərsəyə gəlməsində töhfəsi olan bütün qurumlara təşəkkürünü bildirdi. Və qeyd etdi ki, bu toplunun ərsəyə gələmsində xüsusi rolu olan qrumların nümayəndələri bu günkü tədbirdə açılış və salamlama nitqi ilə çıxış edəcəklər. Nadir Adilov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı islahatlar sistemində İnsan hüquqlarının müdafiəsi məsələləri mühüm yer tutur və hər zaman İnsan hüquqlarının müdafiə məsələləri diqqət mərkəzindədir.

Tədbirdə çıxış edən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı Nümayəndəsi Guido Ambroso qeyd edib ki, BMT-nin Qaçqın Agentliyi 1992-ci ildən Azərbaycanda qaçqınların, sığınacaq axtaranların, məcburi köçkünlərin və vətəndaşlığı olmayan şəxslərin beynəlxalq standartlara uyğun müdafiəsi və onlara yardım göstərilməsi sahəsində Azərbaycan hökumətinə və müvafiq qurumlarına dəstək göstərir. Avropa İnsan Hüquqları Məhkəməsinin qaçqınlar, sığınacaq axtaran şəxslər və vətəndaşlığı olmayan şəxslərlə bağlı qərarları beynəlxalq standartların mühüm hissəsidir və biz ümid edirik ki, Avropa Məhkəməsi qərarlarının toplu nəşri Azərbaycan hakimlərinə və məhkəmələrinə beynəlxalq müdafiəyə ehtiyacı olan şəxslərə sığınacaq verilməsi, vətəndaşlığı olmayan və ya vətəndaşsızlıq riski altında olan şəxslər üçün sənədlərin və vətəndaşlığın verilməsi ilə bağlı düzgün qərarlar qəbul etməyə kömək edəcək.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin həyatının bütün sahələrində olduğu kimi, məhkəmə-hüquq sistemində aparılan islahatlar öz müsbət nəticələrini göstərməkdədir. Azərbaycanda inzibati məhkəmələrin yaradılması, prosessual qanunvericiliyə mütərəqqi müddəaların daxil edilməsi, məhkəmələrin aparatlarının təkmilləşdirilməsi də müsbət dəyişiklikləri daha sürətləndirir. Məhkəmələr tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarının daha geniş şəkildə tətbiqi ölkə ərazisində insan hüquqlarının təmin edilməsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasına xidmət edəcəkdir.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova çıxış edərək Azərbaycanda aparılan məhkəmə hüquq islahatlarına toxunaraq qeyd etdi ki,

Azərbaycan Respublikasının Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının Sədri Ələddin Cəfərov çıxış edərək qeyd etdi ki, “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qaçqınlar, Sığınacaq axtaranlar və Vətəndaşlığı olmayan şəxslərlə bağlı İşlərə dair Qərarlarının toplusu” adlı kitab hakimliyə namizədlər və hakimlər üçün president hüququn öyrənilməsinə dair həm də çox gözəl tədris vəsaitidir. Analogiyaların öyrənilməsi, president hüquq üzrə müxtəlif mənbələrin araşdırlması və nəzərdən keçirilməsi hakimliyə namizədlərin və eyni zamanda hakimlərin qeyd edilən sahə üzrə mövqelərinin formalaşmasına mühüm təsir edir. Bu səbəbdən də hesab edirik ki, bu gün təqdimat mərasimi keçirilən toplu tərəfimizdən hakimlər, hakimiyə namizədlər arasında örənişsiz olaraq yayılacaqdır.

Nəşr edilmiş kitablar sonda tədbir iştirakçılarına hədiyyə olunub.