Ötən il 206 milyon manatdan çox maddi ziyan ödətdirilib Hadisə

Ötən il 206 milyon manatdan çox maddi ziyan ödətdirilib

Prokurorluq və müvafiq icra hakimiyyəti orqanlarının istintaq qurumlarında qeydə alınmış cinayət işləri üzrə ümumilikdə 206 milyon 257 min manat məbləğində maddi ziyanın ödənilməsinə nail olunub.

Bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında bildirib.