

12 Sentyabr 15:00
12 Sentyabr 13:26
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Turində (İtaliya) Azərbaycan təmsilçisi Nadir Rüstəmlinin çıxış etdiyi 66-cı "Avroviziya-2022" Beynəlxalq Mahnı Müsabiqəsinin ikinci yarımfinalı keçirilib.
Trend-in məlumatına görə, Nadir Rüstəmlinin müsabiqə mahnısı "Fade To Black" adlanır. Mahnın müəllifləri Andreas Stoun, Anders Rethov, Sebastian Şub və Tomas Stengarddır.
İkinci yarımfinalda 18 ölkəndən (Finlandiya, İsrail, Serbiya, Azərbaycan, Gürcüstan, Malta, San Marino, Avstraliya, Kipr, İrlandiya, Şimali Makedoniya, Estoniya, Rumıniya, Polşa, Monteneqro, Belçika, İsveç və Çexiya Respublikası) olan təmsilçilər iştirak edib.
Qeyd edək ki, "Avroviziya-2022" mahnı müsabiqəsinin finalı mayın 14-də baş tutacaq. Sloqan - The Sound of Beauty (Gözəlliyin səsi), loqosu "cymatics" (səs dalğalarının fiziki effektləri) üslubunda hazırlanmışdır.
"Avroviziya-2022" mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinə bəstəkar və prodüser İsa Məlikov başçılıq edir. Müsabiqəni Azərbaycan İctimai Televiziyasının (İTV) efirində ifaçı, aparıcı və bəstəkar Murad Arif şərh edir.