Gənc Tamaşaçılar Teatrının aktrisası “Zəfər sədası"nda 3-cü oldu Mədəniyyət

Gənc Tamaşaçılar Teatrının aktrisası “Zəfər sədası"nda 3-cü oldu

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Xalidə Şərifova "Zəfər sədası" bədii qiraət müsabiqəsində uğurla çıxış edərək üçüncü yerə layiq görülüb.

Teatrdan AZƏRTAC-a bildirilib ki, müsabiqə Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində tarixi qələbənin 2-ci ildönümünə həsr olunub.

Milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaq, bədii qiraətə olan marağı artırmaq və yeni yaradıcılıq axtarışlarına şərait yaratmaq məqsədilə keçirilən müsabiqədə Xalidə Şərifova Əjdər Olun "Azərbaycan" şeirini səsləndirib.

Qeyd edək ki, 22 nəfərin qatıldığı müsabiqəni şəhid anaları, qazilər, sənət adamları və media nümayəndələri izləyiblər.